AVRO-2024: İngiltərə - Slovakiya matçının ən yaxşısı müəyyənləşib
Almaniyada təşkil olunan Avropa çempionarının 1/8 final mərhələsi çərçivəsində baş tutan İngiltərə - Slovakiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"QELEBE.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılşamanın ən yaxşısı adına İngiltərə millisinin futbolçusu Cud Bellinqem layiq görülüb.
Qeyd edək ki, Bellinqem İngiltərə - Slovakiya matçının 90+5-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atıb. Əlavə dəqiqələrdədə isə İngiltərə komandası ikinci qolu vuraraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.

https://mail.qalaba.az//uploads/photo/avro-2024-ingiltere-slovakiya-matchinin-en-yaxshisi-mueyyenleshib.webp











