AVRO-2024: Niderland yığması hesabda önə çıxıb - YENİLƏNİB 4
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması hesabda önə çıxıb.
"Report" xəbər verir ki, Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.
Türkiyə yığmasından 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.
Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, hazırda davam edən oyunda Türkiyə yığması hesabda 1:0 öndədir. 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.
Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Türkiyə yığması fasiləyə 1:0 üstünlüklə yollanıb. 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.
Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Türkiyə yığması hesabda önə çıxıb.
"Report" xəbər verir ki, 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb - 1:0.
Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçına start verilib.
"Report" xəbər verir ki, qarşılaşma Berlin şəhərindəki Olimpiya stadionunda keçirilir
Oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

https://mail.qalaba.az//uploads/photo/avro-2024-niderland-yigmasi-hesabda-one-chixib-yenilenib-4.webp











