"Kəpəz" futbolçusu ilə yeni müqavilə bağlayacaq
2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən "Kəpəz" yarımmüdafiəçisi ilə müqavilə müddətini uzadacaq.
"Report"un əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Ehtiram Şahverdiyevlə 1 illik yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, "sarı-göylər" daha əvvəl Elmir Tağıyev və Nicat Süleymanovla rəsmi müqavilə bağlayıb.

https://mail.qalaba.az//uploads/photo/kepez-futbolchusu-ile-yeni-muqavile-baglayacaq.webp











