“Şamaxı”nın İdarə Heyətinin sədri: Klubun büdcəsində heç bir dəyişiklik yoxdur

“Şamaxı”nın İdarə Heyətinin sədri: Klubun büdcəsində heç bir dəyişiklik yoxdur

Büdcəmizdə heç bir dəyişiklik yoxdur, əlavə maliyyə axtarışlarımız davam edir.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub deyib.

O, klubla əməkdaşlıq etmək istəyən sahibkarlarla müzakirəyə hazır olduqlarını vurğulayıb:

“Fürsətdən yararlanaraq “Şamaxı” ilə tərəfdaşlığa maraq göstərən bütün sahibkarlar və şirkətlərlə əməkdaşlığa açıq olduğumuzu bəyan edirəm. Bununla bağlı müzakirələrə hazırıq".

Klub rəsmisi baş məşqçi Ayxan Abbasovun işinin öhdəsindən gələcəyinə inandıqlarını deyib:

“Hazırlıq prosesi plan üzrə davam edir. Komanda Şamaxıda yeni mövsümə hazırlaşır. Ayxan müəllim güvəndiyimiz baş məşqçidir, adından söz etdirib. İnanırıq ki, işinin öhdəsindən gələcək. Hədəfimiz bu mövsüm Premyer Liqada möhkəmlənməkdir. İstədiyimiz nəticələri qazanacağımıza ümid edirəm”.

E.Usub komandanın heyəti ilə bağlı da danışıb:

"Heyət baş məşqçimizin istəyi ilə formalaşır. Legioner məsələsinə gəlincə, konkret say demək düzgün olmaz. Ehtiyac duyduğumuz mövqelərə axtarışlar davam edir. Legionerlərin qiyməti və komandaya verəcəkləri töhfə önəmlidir. Çalışacağıq ki, mövsüm başlayana qədər heyəti tam komplektləşdirək”.

Qeyd edək ki, Azərbaycan I Liqasının çempionu olan “Şamaxı” klubu 2024/2025 mövsümündə Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb.

Futbol
İsnik Alimi: “Premyer Liqada “Neftçi”yə çata bilərik” - MÜSAHİBƏ

İsnik Alimi: “Premyer Liqada “Neftçi”yə çata bilərik” - MÜSAHİBƏ

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
"AFFA və PFL tərəfindən şərait yaradılsa, II Liqada çıxış etmək istərdik" – "Marafon"un rəhbəri

"AFFA və PFL tərəfindən şərait yaradılsa, II Liqada çıxış etmək istərdik" – "Marafon"un rəhbəri

Futbol
“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Futbol
“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

Futbol
“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir