Azərbaycan millisi Avropa çempionatında ikinci qələbəsini qazanıb
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ikinci qələbəsini qazanıb.
"QELEBE.AZ"un məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu yığma Gürcüstan komandasını üstələyib.
Cəbəllütariqdə baş tutan qarşılaşma millimizin 97:40 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ilk oyunda Ermənistan millisini 86:59 hesabı ilə məğlub edən U-16 növbəti görüşünü iyulun 11-də Kiprə qarşı keçirəcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisi-avropa-chempionatinda-ikinci-qelebesini-qazanib.webp











