AFFA Məşqçilər Komitəsinin sədri: "Zirə"yə inamımız böyükdür

AFFA Məşqçilər Komitəsinin sədri: "Zirə"yə inamımız böyükdür

"Zirə"yə inamımız böyükdür.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan təmsilçisinin Moldovada "Şerif"ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb:

"Klub uzun müddətdir ki, güclü komanda formalaşdırır. Artıq Avropada öz sözünü demək vaxtıdır. Rəqib bizə tanışdır. Çempionalar Liqasının və digər turnirlərin qrup mərhələlərində oynamış kollektivdir. Kağız üzərində favorit "Şerif"dir. "Zirə" və digər təmsilçilərimiz Azərbaycan futbolunun klub səviyyəsində gücünü göstərməyə hazırdırlar. Hər birimiz "Zirə"nin uğurlu nəticə ilə Vətənə qayıdacağına inanırıq. Ümid edirəm ki, mərhələni adlayan tərəf də klubumuz olacaq".

V. Sadıqov komandanın səfərdən sərfəli nəticə ilə qayıtmalı olduğunu söyləyib:

"Zirə"nin sırf müdafiə futboluna üstünlük verəcəyinə inanmıram. Ancaq komanda həmişə etibarlı oyunla seçilib. İlk matçda da etibarlı oynamağa çalışacaqlar ki, şansın çoxunu cavab qarşılaşmasına saxlasınlar".

AFFA Məşqçilər Komitəsinin sədri rəqiblərin gücünü şişirtməyin əleyhinədir:

"Artıq vaxt çatıb, onlar bizim klublarımızdan çəkinməlidirlər. Bu təsnifat mərhələləri klublarımızın ildən-ilə inkişaf etdiyini və böyük uğurlara imza atmağa hazır olduğunu göstərəcək".

Qeyd edək ki, bu gün Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Futbol
"Sabah" klubunun cəriməsi ləğv olunub

"Sabah" klubunun cəriməsi ləğv olunub

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Futbol
"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

Futbol
"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
Dünya çempionatının favoriti bəlli olub

Dünya çempionatının favoriti bəlli olub

Futbol
Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub

Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub

Futbol
"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

Futbol
Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Azərbaycan yığmasına 18 oyunçu çağırılıb