Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti: Millinin əksər oyunçularını ölkəyə qaytarırıq

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti: Millinin əksər oyunçularını ölkəyə qaytarırıq

Millinin əksər oyunçularını Azərbaycana qaytarırıq.

Bunu “Report”a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev həm qadın, həm də kişilərdən ibarət millilərin hazırlıq planı ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi federasiya tərəfindən klublara limit qoyulduğunu xatırladıb:

“Bilirsiniz ki, Voleybol Federasiyası tərəfindən klublara limit qoyulub. Əsas heyətdə ən azı bir azərbaycanlı olmalıdır. Gələn ildən yəqin ki, bu sayı ikiyə çatdıracağıq. Ən əsası odur ki, bu gün klubların hər birinin sponsoru var. Rəqabət daha da güclənəcək. Fikrimcə, bundan sonra qarşıdakı illərdə avrokuboklara 2-3 komanda gedəcək. Milliyə gəlincə, Qızıl Avropa Liqasında daha çox gənc futbolçulara üstünlük verdik. Avropa çempionatı Azərbaycanda keçiriləcəyi üçün seçmə mərhələdə oynamayacağıq. Sentyabrda Sloveniyada klub turniri var. Lakin bu yarışa milli komanda kimi qatıla bilərik. Qış fasiləsində komandanı bir həftəlik, yaxud 10 günlük toplanışa yığmağı düşünürəm. Bütün proqramları hazırlayırıq ki, gələn il güclü komanda ilə Avropa çempionatına qatılaq. Gənclərlə yanaşı, heyətdə təcrübəli voleybolçular da var. Dəyişikliklər çox olacaq”.

O, klubların sponsor tapmasını qabardıb və bunun böyük uğur olduğunu söyləyib:

“Ölkə çempionatı ilə bağlı ən xoşagələn məqam odur ki, klublar öz sponsorlarını tapıblar. Hesab edirəm ki, sponsorlar bu işə qoşulandan sonra yaxşı nəticə istəyəcəklər. Bu da federasiyanın uğuruna səbəb olur. Oyunçular böyüyür, yaxşı məşqçilər çalışır. Ən böyük uğur budur. Yarışın formatına gəlincə, həm kişilər, həm də qadınların final oyunları çox maraqlı keçdi. Yəqin ki, federasiya olaraq klubların qarşısına iş və məşq proqramlarının gücləndirilməsi məqsədi qoyacağıq. Bilirsiniz ki, yığmaya gələndə zaman az olur. Baş məşqçi kimi bunların hamısına nəzarət etməliyəm".

Vitse-prezident həm qadın, həm də kişi voleybolçuların ölkə çempionatında komanda sayı il bağlı sualı belə cavablandırıb:

“Proqramda həm qadın, həm də kişi voleybolçuların çempionatında 6 komandanın iştirakı nəzərdə tutulub. Say dəyişə bilər. Ola bilər, gələn ildən bu rəqəm 8-ə yüksəlsin”.

O, klublarımızın avrokuboklarda iştirak etməməsini sponsorların gec tapılması ilə əlaqələndirib:

“Sponsorlar gec gəldikləri üçün klublarımız avrokuboklarda oynaya bilmədilər. Amma gələn ildən 100 faiz oynayacaqlar”.

F.Qarayev yeni seçilən istedadlardan komanda formalaşdırıb, ölkə çempionatına buraxmaq istədiklərini də dilə gətirib:

“İstedadlar seçmişik, onları toplayıb bir komanda kimi çempionata buraxmaq, yaxud da aralarından ən yaxşılarını müxtəlif klublara paylamaq istəyirik”.

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Komanda
Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib