Fabian Buntiç: “Qarabağ” karyeram baxımından mükəmməl klubdur

Fabian Buntiç: “Qarabağ” karyeram baxımından mükəmməl klubdur

“Qarabağ” karyeram baxımından mükəmməl klubdur.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın yeni qapıçısı Fabiyan Buntiç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Xorvatiyalı qolkiper Ağdam təmsilçisinə keçidi barədə danışıb:

“Bu klubda olduğuma görə çox şadam. Komandanı çox bəyənirəm, burada keyfiyyət yüksəkdir. "Qarabağ” karyeram baxımından mükəmməl klubdur. Klubda çalışanlar çox gözəl iş görürlər. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu komandanın bir parçası olmaq istəyirəm. Yeni komanda yoldaşlarım əladır, bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq, qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı da çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik”.

F.Buntiç Avstriyada təşkil olunan təlim-məşq toplanışı, həmçinin Almaniya klubu “Kayzerslautern” və Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə keçirilən yoxlama oyunlarından danışıb: “Avstriyada çox yaxşı təlim-məşq toplanışı keçirik. Yeni mövsümə bütün komandamız birlikdə hazırlaşır. Bu, mənim üçün bir fürsətdir ki, yeni gəldiyim komandaya və oyun sisteminə tam bələd olum. Özümü burada yaxşı hiss edirəm. Hər gün komandaya daha da uyğunlaşıram. Toplanış çərçivəsində artıq iki oyun keçirmişik. İlk matçı isti hava şəraitində oynadıq. Bu, daha çox fiziki hazırlığın önə çıxdığı qarşılaşma idi. “Kayzerslautern”lə görüşdə iştirak etməsəm də, “Viktoriya” ilə qarşılaşmada şans qazandım. Oyun bizim üçün yaxşı keçdi, qollar vura bildik və qələbə qazandıq. Əgər yavaş-yavaş, amma əmin addımlarla davam etsək, növbəti oyunlarda uğurlu nəticələrə ümid edə bilərik”.

Qeyd edək ki, Almaniya vətəndaşlığına malik xorvatiyalı əlcək sahibi ilə 2024/2025 mövsümü öncəsi üç illik müqavilə imzalanıb. O, 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Futbol
"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

Futbol
Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Futbol
Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Futbol
Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb