Qusarda jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna start verilib

Qusarda jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna start verilib

Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna start verilib.

"Report" xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, "Sumqayıt" Voleybol Klubunun dəstəyi ilə gerçəkləşən yarışa 6 komanda qatılıb.

Onlar işğaldan azad olunmuş ərazilərin - Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan və Ağdərənin adlarını daşıyırlar.

Açılış mərasimində Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov və "Sumqayıt" Voleybol Klubunun direktoru Azər Kərimov iştirak ediblər.

S.Məmmədxanov çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən mediaya böyük diqqətin göstərildiyini, məhz onun hakimiyyəti dövründə senzuranın aradan qaldırıldığını xatırladıb. O, hazırkı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında da azad mətbuatın uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Jurnalistləri 22 iyul - Milli Mətbuat günü münasibətilə təbrik edən icra başçısı onlara fəaliyyətlərində uğurlar, yeni-yeni nailiyyətlər arzulayıb.

Daha sonra kompleksin rəhbəri E.Məmmədov yarış təşkilatçıları adından S.Məmmədxanova arxasında adı və Qusarın avtomobil seriyası olan 38 yazılmış forma təqdim edib.

N.Novruzov isə çıxışında idman jurnalistləri arasında voleybol turnirinin ardıcıl dördüncü ildir keçirildiyini diqqətə çatdıraraq, təşkilatçılığa görə kompleks rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra şəhid övladlarına və müharibə veteranı olan jurnalistlərdən ibarət "Ağdərə" komandasına hədiyyələr təqdim olunub.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bədii hissədə isə "Lezginka" qrupunun ifasında rəqs təqdim olunub.

Daha sonra yarışa start verilib.

Püşkə əsasən, A qrupunda Kəlbəcər, Zəngilan, Füzuli, B qrupunda isə Şuşa, Ağdərə və Laçın komandaları yer alıb.

Bu gün qrup oyunları keçirilib. İyulun 21-də isə yarımfinal, üçüncü yer uğrunda və final görüşləri təşkil olunacaq.

İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalib komandaya əlavə olaraq, Zəfər Kuboku təqdim olunacaq.

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib