Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun potensial rəqibi müəyyənləşib
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
"QELEBE.AZ"un məlumatına görə, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.
Məğlub komanda "Ludoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütündə uduzan kollektivlə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/avropa-liqasi-qarabag-linkoln-matchinin-meglubunun-potensial-reqibi-mueyyenleshib.webp











