Arif Əsədov: Fernandu Santuşa mənim işimə yüksək qiymət verdiyinə görə təşəkkür edirəm

Arif Əsədov: Fernandu Santuşa mənim işimə yüksək qiymət verdiyinə görə təşəkkür edirəm

Fernandu Santuşa mənim işimə yüksək qiymət verdiyinə görə təşəkkür edirəm.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan milli komandasından ayrılan məşqçi Arif Əsədov deyib.

Tərcübəli mütəxəssis yığma ilə olan müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsinin səbəblərindən danışıb:

"Yığmadan ayrılmağımın səbəbi AFFA deyildi. Hər hansısa inciklikdən söhbət gedə bilməz. Bildiyiniz kimi Canni De Byazinin gedişindən sonra milli komandanın son 4 oyununda baş məşqçi kimi fəaliyyət göstərdim. Fernandu Santuş yığmaya baş məşqçi kimi təsdiqləndikdən sonra son 4 oyununun hesabatını istədi və təqdim etdim. Santuş apardılığı təhlillərdən sonra məni köməkçi məşqçi kimi görmək istəmədi. O bildirdi ki, mən məşçqi yox, baş məşqçi kimi daha faydalı ola bilərəm. Təbii ki, yığmamızın artıq yeni çalışdırıcısı var. Fernandu Santuşa mənim işimə yüksək qiymət verdiyinə görə təşəkkür edirəm. Bu günə qədər olan fəaliyyətimdən sonra o mənə köməkçi kimi yox, baş məşqçi gözü ilə baxdı".

UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirən A.Əsədov yeni təkliflərə açıq olduğunu bildirib:

"Məşqçi Kurslarında təlimatçı kimi işim davam edir. Təbii ki, hər hansısa klubdan yaxşı təklif gəlsə, dəyərləndirməyə hazıram. Milli komandada işlədiyim dövrlərdə iş təklifləri almışdım. Amma mənim üçün ilk növbədə Azərbaycan millisi gəlir. Sevinirəm ki, yığma komandaya müəyyən töhvələrimi verə bilmişəm".

Qeyd edək ki, 2020-ci ildən Azərbaycan milli komandasında məşçqi kimi çalışan Arif Əsədovun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Futbol
"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

Futbol
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Futbol
Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

Futbol
Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Futbol
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

Futbol
Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər