"Qarabağ" yeni qapıçısını "Dinamo" ilə oyunlar üçün iştirak ərizəsinə daxil edib
"Qarabağ" yeni qapıçısı Mateuş Koxalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib.
"Report"un məlumatına görə, 24 yaşlı qolkiper Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək.
"Köhlən atlar" avqustun 15-də polşalı oyunçu ilə 3+1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

https://mail.qalaba.az//uploads/photo/qarabag-yeni-qapichisini-dinamo-ile-oyunlar-uchun-ishtirak-erizesine-daxil-edib.webp











