Azərbaycan təmsilçiləri Moskvada keçirilən beynəlxalq yarışda 8 medal qazanıblar

Azərbaycan təmsilçiləri Moskvada keçirilən beynəlxalq yarışda 8 medal qazanıblar

Azərbaycan təmsilçiləri Rusiyanın paytaxtı Moskvada keçirilən I dünya korporativ oyunlarında 8 medal qazanıblar.

"Report" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar yarışı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.

Şahmat turnirində AZAL-ın əməkdaşı Fidan Ağaşıyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov qızıl medallara sahib olublar. Daha bir qızıl medalı isə voleybol yarışında ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb.

Stolüstü tennisçimiz Svetlana Kayumova (SOCAR) ikinci olub. Bu idman növünün qarışıq komanda yarışında Əli Bayramov (FHN) və Svetlana Kayumovadan (SOCAR) ibarət cütlük gümüş medala layiq görülüb.

Basketbol yarışında A finalında mübarizə aparan kişilərdən ibarət komanda (Fövqəladə Hallar Nazirliyi) bürünc medal qazanıb. B finalında mübarizə aparan qadınlardan ibarət kollektiv (AZAL) gümüş, voleybol üzrə qadınlardan ibarət heyət (SOCAR) isə bürünc medal qazanıb.

Qeyd edək ki, I dünya korporativ oyunları avqustun 17-18-də keçirilib.

Fərdi
Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

Fərdi
Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Fərdi
Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Fərdi
Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”