Jurnalistlər arasında kartinq yarışı keçirilib
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) jurnalistlər arasında növbəti kartinq çempionatı keçirib.
"Report"un məlumatına görə, Bakı Kartinq Mərkəzində (Baku City Karting) baş tutmuş yarışda qrup mərhələsini ilk 3 pillədə başa vuranlar finala yüksəliblər.
İdman TV-nin şərhçisi və aparıcısı Fərid Ramazanov turnirin qalibi olub. F-1.az saytının redaktoru Elçin Zodorov ikinci, İctimai Televiziyanın müxbir və aparıcısı Fəridə Abdullayeva üçüncü yeri tutub.
BŞH-nin mətbuat katibi Turab Teymurov qaliblərə mükafatlar təqdim edib.

https://mail.qalaba.az//uploads/photo/jurnalistler-arasinda-kartinq-yarishi-kechirilib.webp











