UEFA Millətlər Liqası: İsveç - Azərbaycan oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb
Sentyabrın 3-də UEFA Millətlər Liqasının C1 qrupunun VI turunun İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək oyununun biletləri satışa çıxarılacaq.
"QELEBE.AZ" İsveç mətbuatına istinadən xəbər verir ki, biletlərin qiymətləri 99-399 İsveç kronu (təxminən 16-66 manat) aralığında dəyişir.
Qeyd edək ki, İsveç - Azərbaycan görüşü noyabrın 19-da "Friends Arena"da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/uefa-milletler-liqasi-isvech-azerbaycan-oyununun-biletlerinin-satisha-chixacagi-tarix-achiqlanib.webp











