Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Frayburq” qarşılaşmasının baş hakimi Aleksey Kulbakov daha əvvəl də Azərbaycan təmsilçilərinin oyunlarına təyinat alıb.

“Report” xəbər verir ki, belaruslu referi ilk olaraq 2011-ci ilin avqustun 10-da "Dalğa Arena"da keçirilən Azərbaycan - Makedoniya yoldaşlıq görüşünü idarə edib. Həmin matçda Qoran Pandevin 58-ci dəqiqədə vurduğu qol makedonlara qələbə qazandırıb, Kulbakov isə Makedoniya yığmasının 2 üzvünə sarı vərəqə göstərib.

FIFA dərəcəli hakim daha əvvəl “Qarabağ”ın da oyununda əsas söz sahibi olub. O, 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində ağdamlıların Milanda "İnter"lə matçını (2:0) idarə edib. Kulbakov "İnter"dən Xuan Xesus və Qari Medeli, "Qarabağ"dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.

Belaruslunun Azərbaycan təmsilçilərinin iştirakı ilə sonuncu idarə etdiyi qarşılaşma isə 2016-cı il avqustun 18-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qəbələ” – “Maribor” (Sloveniya) matçı olub. Mərhələnin ilk oyununu Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, “Qarabağ” – “Frayburq” (Almaniya) matçı noyabrın 3-də saat 21:45-də start götürəcək.

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

Futbol
AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

Futbol
"Barselona"nın müdafiəçisi zədələnib

"Barselona"nın müdafiəçisi zədələnib

Futbol
Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Futbol
Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib

Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib