FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.

FHN-dən “Report”a verilən məlumata görə, nazirliyin Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınların qarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradan qaldırılması üçün marşalların bacarıq və təcrübələrinin artırılması olub.

Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 68 nəfərini FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri təşkil edir.

Təlimin nəzəri hissəsində tədbir iştirakçılarına Bakı Şəhər Halqasının yanğınsöndürən marşallar komandası tərəfindən yanğın təhlükəsizliyi, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.

Cari ilin iyun ayından başlayan bu növ təlimlər artıq 5-ci dəfədir keçirilir.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi bu ilin 13-15 sentyabr tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30-dan çox xüsusi texnikası və 400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Fərdi
​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Fərdi
Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Fərdi
"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

Fərdi
AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb