Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb

Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb.

ACF-dən "QELEBE.AZ"a verilən məlumata görə, açılış mərasimində Olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov, Zelim Kotsoyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Onlar mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Mərkəz 520 kv.m sahəni əhatə edir və 250 kv.m sahəsi olan cüdo və fiziki hazırlıq zallarını əhatə edir. Əsas zal Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın Zebra şirkətinin tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zalı da bütün lazımi avadanlıqlarla təchiz edilib.

Binada gözləmə zalı, məşqçi otağı, paltardəyişmə otaqları da mövcuddur. Bundan əlavə, mərkəzin ətrafında geniş abadlıq işləri aparılıb.

Azərbaycan Cüdo Federasiyasının işində əsas istiqamətlərdən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022-2024-cü illərdə ACF Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi, Sabirabad, Bakının Zirə qəsəbəsi və Sumqayıtda cüdo zalları açıb.

Rəşad Rəsullu bildirib ki, ACF üçün regionlarda maddi-texniki bazanın yaxşılaşdırılması və ölkədə cüdonun ümumi inkişafı çox vacibdir:

“Bu, bizim fəaliyyətimizin əsas istiqamətidir. 2022-ci ildən etibarən Bakı və regionlardakı 90 idman zalına federasiya tərəfindən təxminən 6500 tatami verilib və 1300 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb. Yaxın gələcəkdə cüdo zalları digər regionlarda da açılacaq. Bu istiqamətdə iş federasiyanın qəbul etdiyi proqram əsasında aparılır. Xüsusi diqqət böyük potensiala malik, lakin indiyə qədər cüdo bölmələrinin olmadığı regionlara yönəldilib. Yaxın gələcəkdə Cəlilabad, Şabran, İmişli və digər regionlarda yeni zalların tikintisi planlaşdırılır."

Fərdi
Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Fərdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Fərdi
Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Fərdi
Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Fərdi
Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Fərdi
Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb