AFFA-da UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi başlayıb
AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi başlayıb.
Qurumun mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, təlimatçı İlham Əzizzadənin rəhbərlik etdiyi məşğələ sentyabrın 6-dək davam edəcək.
Qeyd edək ki, qadınlar üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi avqustun 13-16-sı aralığında keçirilib.

https://mail.qalaba.az//uploads/photo/affa-da-uefa-nin-c-kateqoriyali-meshqchi-kursunun-ii-merhelesi-bashlayib.webp











