Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub

Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.

"QELEBE.AZ" AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq yeniyetmə və gənc çempionluq uğrunda mübarizə aparıb.

Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb.

Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaqlar.

Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri ölkəmizdə yeniyetmə və gənclər arasında avarçəkməni təbliğ etmək, kütləviliyi artırmaqdır. Bu yöndə görülən işlər çərçivəsində il ərzində Bakıda və Mingəçevirdə mütəmadi olaraq ölkədaxili yarışlar keçirilir.

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Fərdi
Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Fərdi
Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Fərdi
Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

Fərdi
Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib