Azərbaycanın U-21 millisinin kapitanı: Limitin aradan qaldırılması bizi geri saldı - MÜSAHİBƏ

Azərbaycanın U-21 millisinin kapitanı: Limitin aradan qaldırılması bizi geri saldı - MÜSAHİBƏ

Azərbaycanın U-21 yığmasının kapitanı Fərid Yusifli “Report”a müsahibə verib. 22 yaşlı futbolçu millinin həm Lüksemburq, həm də Serbiyaya qarşı keçirdiyi oyunlara toxunub. F.Yusifli həmçinin Nəriman Axundzadənin Serbiya ilə matçda penaltini qola çevirə bilməməsinə münasibətini bildirib.

- Lüksemburqla oyun haqqında nə deyə bilərsiniz?

- 3 xal qazanmaq fikrində idik. Oyunumuz alınmadı, bizi yaxşı təhlil etmişdilər. Fərdi səhvlərimizdən qollar vurdular. Sonradan müdafiəyə çəkildilər və bizim üçün çətin oldu.

- Rəqibi təhlil etmişdiniz?

- Əlbəttə. Sadəcə, hücumlarımız istədiyimiz kimi alınmadı. Adi səhvlərimizdən vurduqları qollardan sonra bizə çətinlik yarandı.

- Serbiyaya qarşı oyun evdə idi və komandanın daha yaxşı oynayacağı, ən azı 1 xal qazanacağı gözlənilirdi…

- Serblərə qarşı oyuna əla başlamışdıq. Xeyli şans qaçırdıq. Həm birinci, həm də ikinci hissədə fürsətlərimiz oldu. Sadəcə, yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmədik. Serbiya kimi yığmanı öz qapılarına tərəf çəkilməyə məcbur etmişdik. Sözsüz, bizim də səhvlərimiz oldu. Bu qədər şans qaçırdıqdan sonra qapımızda qol gördük.

- Bugünkü U-21-də çatışmayan əsas cəhətlər nədir?

- Futbolçuların öz klublarında oynamaması, ya da az oynaması. Rəqib oyunçular isə əksinə, öz çempionatlarında 90 dəqiqə oynayırlar.

- Samir Əliyev jurnalistlərə açıqlamasında da bildirmşdi ki, U-21-in futbolçuları klublarında az oynayır…

- Bəli, haqlıdır, tamamilə doğrudur. U-21-in kapitanı olmağıma baxmayaraq, çempionat başlayandan bəri cəmi 115 dəqiqə oynamışam.

- Sizcə, klublar niyə U-21-in futbolçularına az güvənirlər? Gənc olduqlarına görə, yoxsa başqa səbəblər var?

- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Əvvəllər gənc futbolçularla bağlı limit var idi. Yaşıdlarımız oynayırdı və bu yığmamız üçün faydalı idi. Gənclərimiz yetişirdi. Limitin sonradan aradan qaldırılması bəlkə də bizi geri saldı. Demirəm ki, U-21-in futbolçularının hamısı idealdır. Sadəcə, oyunlara daha hazırlıqlı getsəydik, bəlkə də nəticələr indikindən qat-qat yaxşı olardı.

- Nəriman Axundzadənin Serbiya ilə oyunda penaltidən yararlana bilməməsi ilə bağlı nə deyə bilərsiniz? Əsas yığmada da Ramil Şeydayev fərqlənə bilməmişdi...

- Futbolda baş verə biləcək, normal haldır. Səhv etmirəmsə, Nəriman Lüksemburqla ilk oyunda penaltidən qol vurmuşdu. Bu dəfə alınmadı.

- Bununla bağlı hər hansı söhbətiniz oldu?

- Bu, əsasən oyun içində olur. Biz komandadan əlavə, həm də ailəyik. Heç bir neqativ haldan söhbət gedə bilməz.

Futbol
Rusiyalı baş məşqçinin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib

Rusiyalı baş məşqçinin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib

Futbol
Fransalı futbolçu: "Qarabağ"ın səhv addım atacağına ümid edirdik"

Fransalı futbolçu: "Qarabağ"ın səhv addım atacağına ümid edirdik"

Futbol
Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Futbol
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Futbol
"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

Futbol
XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib