Nazirlik rəsmisi: Ağdamda inşa ediləcək stadion UEFA-nın 4-cü kateqoriyasına uyğun olacaq

Nazirlik rəsmisi: Ağdamda inşa ediləcək stadion UEFA-nın 4-cü kateqoriyasına uyğun olacaq

Ağdamda inşa ediləcək stadion UEFA-nın 4-cü kateqoriyasının tələblərinə uyğun olmaqla 11 700 tamaşaçı tutumuna malik olacaq.

Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev bildirib.

"Ümumilikdə stadionun tikintisi üçün 19 hektar torpaq sahəsi ayrılıb. Tikintinin alt sahəsi 66 min kvadratmetrdir, ümumi sahəsi 90 min kvadrat metrdir. Stadionda UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun, bütün tələblər nəzərə alınaraq, fotbolçular üçün müvafiq paltardəyişmə otaqları, hakimlər üçün otaqlar, konfrans zalları, media zonası və sair bu kimi tələb olunan sahələr nəzərdə tutulub. Ümumilikdə stadion 11 700 tamaşaçı tutumuna malik olacaq. Əsas meydandan əlavə, bir ədəd köməkçi meydança da nəzərdə tutulub. Həmçinin şəhər əhalisi buradan park zonası kimi də istifadə edə biləcək. Bunun üçün stadionun ərazisində müvafiq şərait yaradılacaq. Stadion ərazisində fitnes zalı, restoranlar və digər ictimai iaşə obyektləri inşa ediləcək ki, şəhər əhalisi bundan rahat və tam şəkildə istifadə edə biləcək".

O, stadionun tikinti layihəsinin Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlandığını vurğulayıb:

"Layihə Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Sentyabrın 19-da bu möhtəşəm memarlıq quruluşuna malik olan stadionun təməli qoyulub".

Futbol
Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

Futbol
Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb