"Mançester Siti"nin əsas heyət üzvü 6 ay yaşıl meydanlardan uzaq qalacaq
İngiltərənin "Mançester Siti" klubunun üzvü Rodri 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb.
O, Premyer Liqanın V turunda "Arsenal"a (2:2) qarşı keçirilən matçda sıradan çıxıb.
İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olan oyunçu cari mövsüm ölkə çempionatında 3 oyun keçirib.
O, meydana çıxdığı qarşılaşmalarda fərqlənə bilməyib.

https://mail.qalaba.az//uploads/photo/manchester-sitinin-esas-heyet-uzvu-6-ay-yashil-meydanlardan-uzaq-qalacaq.webp











