Azərbaycan Gimnastika Federasiyasının baş katibi mundialda qazanılan tarixi nəticəni dəyərləndirib

Azərbaycan Gimnastika Federasiyasının baş katibi mundialda qazanılan tarixi nəticəni dəyərləndirib

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Portuqaliyanın Gimarayeş şəhərində keçirilən dünya çempionatını 8 medalla tamamlayan akrobatika gimnastikası millimizin çıxışını dəyərləndirib.

Qurum rəsmisi “QELEBE.AZ”a açıqlamasında bunun onlar üçün tarixi an olduğunu vurğulayıb.

O, komandanın mundialda qızıl medalları hədəflədiyini deyib:

“Bizim üçün tarixi çempionat idi. İlk dəfə akrobatika gimnastikası üzrə təmsilçilərimiz qızıl medal qazandılar. Ümumiyyətlə, akrobatika gimnastikası komandamız beynəlxalq arenada uzun illərdir uğurları ilə bizi sevindirir. Ötən il Avropa çempionatında qızıl medal qazanmışdılar. 2022-ci ildə Bakıda keçirilən dünya çempionatında da medallar əldə etmişdilər. Lakin bu günə qədər dünya çempionatlarında qızıl medal qazana bilməmişdilər. Mundiala yola düşəndə, qızıl medallar uğrunda mübarizə aparacaqlarını bilirdik. Təbii ki, 4 qızıl medal bizi çox sevindirir. Ümumiyyətlə, yarışda 4 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etdik”.

N.Məmmədzadə dünya çempionatında əsasən hansı idmançılardan medal gözlədiklərini də bildirib:

“Qarışıq və kişi cütlüyündən medal gözləyirdik. Uzun illərdir ki, kişi qrupu ilə təmsil olunmurduq. Ümumiyyətlə, bu qrup demək olar mövcud deyildi. Kişilərdən ibarət qrup son bir neçə il ərzində formalaşıb. Onlardan yaxşı çıxış gözləsək də, medal sayı ilə bağlı tam əminliklə proqnoz vermək çətin idi. Çox şadam ki, bürünc medal qazandılar. Komandanın qısa müddətdə formalaşmasına baxmayaraq, 4 idmançıdan ikisi - Seymur Cəfərov və Abdulla Əl-Məşayxi daha təcrübəli idi. Rəsul Seyidli və Riyad Səfərovun təcrübəsinin az olmasına baxmayaraq, komanda şəklində bürünc medal qazandılar. Murad Rəfiyev - Daniel Abbasov dueti isə balans və qarışıq hərəkətlərdə qızıl, temp hərəkətlərində bürünc medal qazandılar. Ağasif Rəhimov - Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans və qarışıq hərəkətlərdə qızıl, temp hərəkətlərində bürünc medal əldə etdilər. Bir məqamı da vurğulayım ki, nəticələrdən sonra reytinq açıqlandı. Buna əsasən Azərbaycan komandası medal sayına və onlardan 4-nün əyarı qızıl olduğuna görə 3-cü yeri tutdu. İlk iki pillədə müvafiq olaraq Belçika və Çin komandaları qərarlaşdı. Komanda hesabında gümüş medala layiq görülməyimiz də bizim üçün tarixi məqamdır”.

Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastlarından ibarət yığması Portuqaliyanın Gimarayeş şəhərində təşkil olunan dünya çempionatında 8 medal (4 qızıl, 1 gümüş və 3 bürünc) qazanıb.

Fərdi
"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Fərdi
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Fərdi
Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb