İradə Aşumova: “Komanda Perudakı dünya çempionatında çox gözəl nəticə göstərdi”

İradə Aşumova: “Komanda Perudakı dünya çempionatında çox gözəl nəticə göstərdi”

"Komanda Peruda keçirilən dünya çempionatında çox gözəl nəticə göstərdi".

Bunu “QELEBE.AZ”a açıqlamasında güllə atıcılığı üzrə Azərbaycan millisinin baş məşqçisi İradə Aşumova deyib.

Mütəxəssis komandanın Perunun paytaxtı Limada keçirilən dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada ikinci yeri tutmasını dəyərləndirib:

“Dünya çempionatında yığmadan, əlbəttə, nəticə gözləyirdik. Çünki yanvardan başlayaraq onları bütün yarışlara - Dünya Kubokuna, Qran-pri turnirinə, Avropa çempionatına göndərmişdik. Atıcılıq Federasiyası həm yarışlarda iştirak etmək, həm də güllə, tapança, maaş məsələləri baxımından bütün şəraiti yaradıb. Həmçinin Gənclər və İdman Nazirliyi də təşkilatçılıq baxımından yaxından dəstək göstərib. Bu nəticəni gözləyirdik”.

O, birinci olan Hindistan yığmasından cəmi 1 xal geri qaldıqlarını vurğulayıb:

“Vladislav Kalmıkovdan 580 xallıq nəticəni çoxdan gözləyirdik. Çünki məşqlərdə bunu bacarırdı. Final mərhələsində də yaxşı işlədi, beşinci yeri tutdu. Dünya çempionatı üçün pis nəticə deyil. Zeynəb Sultanova idman ustası nəticəsini göstərdi. Zeynəbdə də psixoloji sədd var idi və inanırdıq ki, bunu keçəcək. Dünya çempionatında sanki qızılgül kimi açıldı. Çox gözəl və sevindirici nəticədir. Komanda birinci olan Hindistandan cəmi 1 xal geri qaldı. İkinci yer də uşaqlar üçün ruhlandırıcıdır, çünki artıq düşünürlər ki, onlar da kimlərisə məğlub edə bilərlər. Həmçinin məşqçi üçün də motivasiyadır. Uşaqlar çox sevinirlər və daha çox məşqlər etməyə çalışırlar. Hər kəsi təbrik edirəm”.

Qeyd edək ki, Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada gümüş medal qazanıb. Yarış oktyabrın 7-də başa çatacaq.

Fərdi
Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Fərdi
Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Fərdi
Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Fərdi
MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Fərdi
Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Fərdi
Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Fərdi
Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib