Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

Respublika Şahmat Mərkəzində təşkil edilən şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

"QELEBE.AZ" Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin yarışında rapid və blits turnirinin yekunlarına əsasən 14 xal toplayan Eltac Səfərli çempion olub.

Çempiondan yarım xal az toplayan Vüqar Rəsulov ikinci, Məhəmməd Muradlı isə üçüncü yeri tutub.

Qadın şahmatçıların yarışında 12,5 xal toplayan Azərbaycan millisinin üzvü Gülnar Məmmədova qızıl medala yiyələnib. Eyni xala malik Zeynəb Məmmədyarova əlavə göstəricilərə görə ikinci olub. Milli üzvü Xanım Balacayeva 12 xalla bürünc medal qazanıb.

Azərbaycan çempionatının bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, həmçinin AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edib. Qalib və mükafatçılar dünya çempionatında iştirak hüququ əldə ediblər. İlk 3 yeri tutan şahmatçılar ABŞ-nin Nyu-York şəhərində təşkil olunacaq mundiala ezam olunacaqlar.

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib