Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

"Matçın bitəcəyini gözlədiyimiz dəqiqədə meydanın mərkəzindən qol buraxdıq. Çətin də olsa məğlubiyyəti həzm edib, yolumuza davam etməliyik".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə eyniadlı komandaya 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, isti-isti nəsə söyləmək çətindir: "93-cü dəqiqədə qol buraxıqdan sonra irəli atıldıq. Künc zərbəsi zamanı qol şansı yaxalasaq da, faydala bilmədik. Qismətimizdə bu gün məğlubiyyət var idi".

O, cari mövsüm nəticələrin qeyri-sabit olduğunu etiraf edib: "Bu gün qələbə üçün oynayırdıq, amma heç-heçə də pis deyildi. Buna baxmayaraq, uduzduq. Bu gün hər 3 nəticə layiqli olacaqdı. Son 4 oyundan 3-də uduzmuşuq. Amma bu gün 1 xala layiq idik. Lakin futbolda proqnoz verrmək olmur. Mütləq qarşıdakı oyunlara köklənməli, xal ehtiyatımızı və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq".

Baş məşqçi ötən tur "Neftçi" ilə oyunda səhvə yol verən Anar Nəzirovu cəzalandırmadıqlarını söyləyib: "Sadəcə, bu gün Mehdi Cənnətova şans verdik. Heç də pis təsir bağışlamadı. Vurulan qolda rəqib futbolçunun ustalığını da qeyd etməliyik. 50 metrdən bu cür dəqiq zərbə endirmək üçün ustalıq lazımdır".

Sadıqov matçdan sonra futbolçuları arasında düşən mübahisəyə də toxunub: "Oyundan sonra bu barədə söhbətimiz oldu. Təbii ki, mübahisə ancaq meydanda qala bilər. Qələbəni bir yerdə qazandığımız kimi, məğlubiyyətə görə də kimisə günahlandıra bilmərik".

Futbol
"Yuventus"un oyununda kütləvi dava düşüb

"Yuventus"un oyununda kütləvi dava düşüb

Futbol
"Qarabağ" braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

"Qarabağ" braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

Futbol
Futbol agenti: "Həmin səhvi Şahruddinin xarakteri ilə əlaqələndirərdim"

Futbol agenti: "Həmin səhvi Şahruddinin xarakteri ilə əlaqələndirərdim"

Futbol
Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Futbol
"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

Futbol
"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub