"Quba"nın basketbolçusu: Ümid edirəm ki, ilk "4-lük" uğrunda mübarizə aparacağıq"

"Quba"nın basketbolçusu: Ümid edirəm ki, ilk "4-lük" uğrunda mübarizə aparacağıq"

Ümid edirəm ki, hamı sağlam olacaq və biz pley-off, hətta ilk "4-lük" uğrunda mübarizə aparacağıq.

Bunu “Quba”nın gürcüstanlı basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, hər gün fiziki durumlarının daha da yaxşılaşdığını bildirib:

“Məşqlərimiz plan üzrə gedir, ilk 2 həftə kondisiya üzərində çox işlədik və indi taktiki hazırlığa diqqət yetirəcəyik. Hələ çox işimiz var. Mövsüm başlayana qədər hazır olacağıq. Üç yoxlama görüşü keçirmişik. Hazırlıq oyunlarında hesab o qədər də önəmli deyil. Əbəs yerə bunlar yoldaşlıq matçları adlanmır. Hər gün fiziki durumumuz daha da yaxşılaşır”.

“Quba”nın təcrübəli legioneri məqsədlərindən də bəhs edib:

“Ötən il pley-offa vəsiqə qazanmağa çox yaxın idik. Bu il komandamızla bağlı ən çox bəyəndiyim şey hər kəsin düzgün düşüncə tərzinə sahib olmasıdır. Mövsümdəki ilk oyunumuz “Şəki”yə qarşıdır. Hər bir matça qələbə üçün çıxacağıq. Rəqibin isə fərqi yoxdur. Oyuna çıxırıqsa, əlimizdən gələnin maksimumunu edəcəyik. Nəticə də özünü göstərəcək”.

L.Qoqaladze Qubada azarkeş dəstəyi görəcəklərinə ümid etdiyini söyləyib:

“Bu mövsüm Quba şəhərini təmsil edəcəyik. Təəssüf ki, hələ Qubada olmamışam. Amma eşitmişəm ki, gözəl yerdir. Ümid edirik ki, azarkeşlər basketbolu sevəcək və mövsümboyu bizi dəstəkləyəcəklər, oyunlarda tək qoymayacaqlar. Biz də onları sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasına oktyabrın 18-də start veriləcək.

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb