Azərbaycanın aşağı yaş qruplarından ibarət basketbol millilərinin baş məşqçiləri müəyyənləşib
Azərbaycanın aşağı yaş qruplarından ibarət basketbol millilərinin baş məşqçiləri bəlli olub.
"QELEBE.AZ"un məlumatına görə, oğlanlardan ibarət U-12 yığması Vasili Mçedişviliyə həvalə edilib.
Bu millinin B komandasına isə David Tsivtsivadze rəhbərlik edəcək.
U-14-də A komandasında Polad Həsənov və Tahir Baxşıyev, B komandasında Fuad Niftəliyev söz sahibi olacaqlar.
U-16-da isə müvafiq olaraq Alberto Blanko ilə Anar Sarıyev A və B kollektivlərində işləyəcəklər.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-ashagi-yash-qruplarindan-ibaret-basketbol-millilerinin-bash-meshqchileri-mueyyenleshib.webp











