Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

"Oyun gərgin keçdi. Futbolçularımın belə əziyyət çəkdiyi və heç-heçə etdiyi matça kölgə salmaq istəmirəm".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis görüləsi işlərin çox olduğunu bildirib: "Bu, bizim oyunumuz deyil. Belə boşluqdan sonra sən də nələrsə etməlisən. Komanda bu vəziyyətdə yaxşı oynadı. Səbuhi Abdullazadə, Murad Xaçayev istiliyi ola-ola meydana çıxmışdı. Oyundan tez-tez düşürdülər. Azarkeşlərimiz möhtəşəm idi. Bizim futbolumuz daha gözəl olacaq. "Sumqayıt"ın rəqibləri üçün necə olacağını görəcəksiniz. Əsas olan futbolçularımın dediklərimi dərk etməsidir. "Turan Tovuz"la səfərdəki oyun sönük keçdi. Düzdür, rəqib qazanmışdı, amma biz də udsaydıq eyni sözləri deyərdim".

O, meydanda "Neftçi" rəhbərliyinə heç bir mesaj vermədiyini söyləyib: "Bu klubla heç bir əlaqəm qalmayıb. Nəyisə sübut etmək fikrim yoxdur. Bu gün qələbə qazana bilərdik. Vaxt lazımdır. Heç kimə ismarıc göndərmək istəmirəm. Oyuna həmişəki kimi hazırlaşmışdıq".

Baş məşqçi komandanın əsas qapıçısı Aydın Bayramovun oyununda geriləmə olduğunu gizlətməyib: "Mən bura gələndə artıq vəziyyət belə idi. Belədə gənc qapıçı İlnur Vəliyevə yol açılar. Hər şeyi axarına buraxaq. Qışda qapıçı məsələsinə mütləq baxacağıq".

Mütəxəssis "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla arasında insidentə də toxunub: "İki kişinin arasında olan söhbətdir. Bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə gözləmirdim. Həddindən artıq əsəbiləşmişdim".

Abasov "Son dəqiqələrdə qaçırılan epizodlarda hansı hissləri keçirdiniz?" sualına belə cavab verib: "Tutub onu döyərdim (gülür)".

O, heç-heçəni qələbəyə bərabər tutmadığını əlavə edib: "Fikirləşirəm ki, qalib gələ bilərdik".

Futbol
Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Futbol
Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
"Yuventus"un yeni prezidenti bəlli olub

"Yuventus"un yeni prezidenti bəlli olub

Futbol
Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Futbol
Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək

Futbol
Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb