Samir Abasov: "Sanki "Neftçi"dən heç getməmişdim"

Samir Abasov: "Sanki "Neftçi"dən heç getməmişdim"

Sanki "Neftçi"dən heç getməmişdim.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis yenidən paytaxt klubunu çalışdıracağı üçün məmnunluğunu ifadə edib:

"Hisslərimi ifadə etmək çox çətindir. Sanki "Neftçi"dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb. Qayıdanda bilirdim ki, öz evimə geri dönürəm. "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm".

Azərbaycan millisinin sabiq futbolçusu "ağ-qaralar"ın böyük klub olduğunu söyləyib:

"Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs "Neftçi"nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq "Neftçi" ilə döyünür. "Neftçi"ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə məqsədlərimiz böyükdür. Baş məşqçilər "Neftçi"yə gələndə, hansı hədəflər uğrunda mübarizə aparacağını əvvəlcədən bilir. Mənim də məqsədim bu komanda ilə ən pik hədəflərə çatmaqdır".

Baş məşqçi hazırda hansısa dəyişikliklərdən danışmağın tez olduğunu dilə gətirib:

"1-2 oyundan sonra böyük dəyişikliklər barədə danışmaq riskdir. Çünki futbolçular da yeni baş məşqçiyə və onun futbol düşüncələrinə öyrəşməlidirlər. Bunun üçün müəyyən vaxt lazımdır. Dünən komandanı ilk məşqə çıxardıqdan sonra buradan böyük düşüncələrlə qayıtdım. Çünki futbolçularda əhval-ruhiyyə çox yüksək idi. İnşallah, tezliklə bizim düşüncələrimizlə futbolçuların bacarıqları bir-birini tamamlayacaq və ortaya çox yaxşı iş çıxaracağıq".

O, komandada yer alan futbolçulara inandığını bildirib:

"Hansı klubda işləməyimdən asılı olmayaraq mənim futbolçulardan gözləntilərim böyük olub. Əgər o futbolçuların məqsədləri böyükdürsə, mən də onlara öz gördüyüm işlə yardımçı olmağa çalışmışam. Yenə eyni düşüncədəyəm. Əgər futbolçular öz işlərinə düzgün yanaşsalar, məqsədlərimizə daha tez çatacağıq. "Neftçi" kimi klub düşdüyü çətin durumdan tez bir zamanda çıxmalıdır".

S.Abasov "Neftçi" klubunun böyük azarkeş ordusunun olduğunu qeyd edib:

"Ümumiyyətlə, böyük klubun böyük azarkeşi olur. Bu söz əsl bizim komandaya uyğun gəlir. Ürəyi "Neftçi" ilə döyünən minlərlə azarkeş var".

Qeyd edək ki, Samir Abasov "Neftçi"nin baş məşqçi postunda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib. O, qarşıdakı 2 ildə "flaqman"ı çalışdıracaq.

Futbol
Çempionlar Liqası: Cari mövsüm İspaniya futbolu üçün tarixin ən uğursuzu olub

Çempionlar Liqası: Cari mövsüm İspaniya futbolu üçün tarixin ən uğursuzu olub

Futbol
"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

Futbol
İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq"

"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq"

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib

İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib