AFFA rəsmisi: "Ümid edirik ki, UEFA seçimində əvvəlki təcrübələrə də diqqət yetirəcək"

AFFA rəsmisi: "Ümid edirik ki, UEFA seçimində əvvəlki təcrübələrə də diqqət yetirəcək"

Ölkəmizin mötəbər idman yarışlarını təşkil etmək baxımından böyük təcrübəsi var. Bu səbəbdən ümid edirik ki, UEFA seçimində bu məqamlara diqqət yetirəcək.

Bunu "Report"a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Bakı Olimpiya Stadionunun 2027-ci ildə Çempionlar Liqasının finalına namizəd olması ilə bağlı danışarkən deyib.

O, rəsmi müraciətlərin 2025-ci il martın 19-dək təqdim edilməli olduğunu xatırladıb:

"Azərbaycan 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyununa ev sahibliyi üçün namizədliyini irəli sürüb. Çempionlar Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı UEFA-ya müraciət edilib. Bu, ilkin müraciətdir. Rəsmi müraciətlər 2025-ci il martın 19-dək təqdim olunmalıdır. UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasının final matçını qəbul edəcək şəhərin adını gələn ilin mayında açıqlayacaq. Bakı artıq bir dəfə - 2019-cu ildə UEFA Avropa Liqasının final oyununu qəbul edib. Ölkəmizin mötəbər idman yarışlarını təşkil etmək baxımından böyük təcrübəsi var. Bu səbəbdən də ümid edirik ki, UEFA seçimində bu məqamlara diqqət yetirəcək".

Qeyd edək ki, Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniyanın "Metropolitano" stadionu da sözügedən matçın təşkili üçün namizəddir.

Futbol
UEFA Çempionlar Liqasının final oyununu ABŞ-da keçirmək istəyir

UEFA Çempionlar Liqasının final oyununu ABŞ-da keçirmək istəyir

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

Futbol
Mahir Emreli: "Bu seçmə mərhələdə rəqiblər daha usta və güclü keyfiyyətə malikdirlər"

Mahir Emreli: "Bu seçmə mərhələdə rəqiblər daha usta və güclü keyfiyyətə malikdirlər"

Futbol
Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Futbol
Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Futbol
"İnter"in müdafiəçisi: "Azərbaycan yığması ilk hissədə bizdən yaxşı oynadı"

"İnter"in müdafiəçisi: "Azərbaycan yığması ilk hissədə bizdən yaxşı oynadı"

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Futbol
"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb