“Araz-Naxçıvan”ın serbiyalı məşqçisi: "Komanda Çempionlar Liqasından sonra böyük dəyişikliklərə məruz qaldı"

“Araz-Naxçıvan”ın serbiyalı məşqçisi: "Komanda Çempionlar Liqasından sonra böyük dəyişikliklərə məruz qaldı"

Komanda Çempionlar Liqasından sonra böyük dəyişikliklərə məruz qaldı.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun müvəqqəti baş məşqçisi Predraq Rayiç Yüksək Liqanın I turunda qarşılaşdıqları “Baku Fire” ilə oyun barədə danışarkən deyib.

Serbiyalı mütəxəssis məğlubiyyətin səbəbini izah edib:

“Rəqib haqqında onu deyə bilərəm ki, balanslanşdırılmış və üzərində düzgün iş aparılmış komanda idi. Bilirsiniz ki, hər zaman görüşün əksər hissəsində 5 oyunçulu sistemlə oynayırlar. Ola bilsin ki, məhz bu komponentdə rəqibə uduzduq. Bəlkə də onların bu oyun tərzinə hazır deyildik. Rəqib də bundan maksimum yararlanıb qələbə qazandı. Fürsətdən yararlanıb “Baku Fire”ni qələbə münasibəti ilə təbrik edirəm”.

O, heyətə yeni futzalçılar dəvət olunduğunu bildirib:

“Komanda Çempionlar Liqasından sonra böyük dəyişikliklərə məruz qaldı. O cümlədən baş məşqçimizlə yollar ayrıldı. Əvvəlki baş məşqçi ilə iş metodumuz tam fərqlidir. Yenidən öz taktikamı komandaya aşılamağa başlamışam. Xeyli sayda yeni və yerli gənc oyunçular var. Cəmi üç legionerimiz qalıb. Ona görə də zəiflik hiss olunur. Amma bu o demək deyil ki, məğlubiyyətlə barışacağıq. Digər oyunlarda, çempionatın sonuna qədər daha yüksək səviyyədə çıxış etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Əlavə olaraq bildirim ki, heyətə iki iranlı futzalçı cəlb edilib. Oyun günü gəlmişdilər deyə, onlardan istifadə edə bilmədik. Çünki heç bir taktikanı bilmirdilər, üstəlik, uzaq yol gəlmişdilər. Qarşıda oyunlar və məşqlərimiz çoxdur. Komandaya uyğunlaşdıqdan sonra daha yaxşı oynayacağımızı güman edirəm”.

Qeyd edək ki, Azərbaycanın futzal üzrə Yüksək Liqasın ilk turunda “Baku Fire” komandası “Araz-Naxçıvan”ı 8:6 hesabı ilə məğlub edib.

Futbol
UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

Futbol
"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

Futbol
Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Futbol
"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

Futbol
Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Futbol
Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Futbol
Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək