Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq müəyyənləşdirdiyini etiraf edib

Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq müəyyənləşdirdiyini etiraf edib

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasını çalışdıran Stiven Cerrard yetirmələrinin məşq vaxtlarını vaxtilə kapitanı olduğu “Liverpul”un oyun saatlarını nəzərə alaraq müəyyənləşdirdiyini etiraf edib.

“QELEBE.AZ” xəbər verir ki, ingiltərəli baş məşqçi bunu “The Redmen” internet televiziya kanalının efirində söyləyib.

Mersisaydlıların yetirməsi olan və 1998-2015-ci illərdə onların heyətində çıxış etmiş Cerrard komandanın oyunlarını izləmək üçün Səudiyyə klubunun məşqlərini məhz gecə saatlarına təyin etdiyini boynuna alıb.

“Liverpul”un oyun günlərində məşqlər? Onlara (“Liverpul”un oyunlarına – red.) az diqqət vermirəm. Bütün cədvəlimiz “qırmızılar”ın matçlarını nəzərə alaraq tərtib edilib. Oyunçular mənə qarşı kin bəsləyirlər: bəzən axşam saat 9 və ya 10-da məşq edirdik”, – o vurğulayıb.

Qeyd edək ki, Səudiyyənin yerləşdiyi saat qurşağı Britaniyanınkını iki saat qabaqlayır. Məsələn, yerli vaxtla 15:00-da başlayan İngiltərə Premyer Liqası matçları Səudiyyə vaxtı ilə 19:00 radələrində başa çatır.

Cerrard 2023-cü ilin iyulundan “Əl-İttifaq”a başçılıq edir. Cari mövsümdə 44 yaşlı mütəxəssisin çalışdırdığı komandanın nəticələri elə də ürəkaçan deyil: mümkün 21 xaldan cəmi 10 xal. Ötən mövsümü isə “Dəhnənin cəngavərləri” altıncı pillədə bitirmişdilər.

Daha əvvəl Cerrard baş məşqçi kimi Şotlandiya “Reyncers”i və İngiltərə “Aston Villa”sını çalışdırıb. Qlazqo təmsilçisi ilə yerli çempionatın birincisi olan Cerrardın Birminqemdəki fəaliyyəti isə uğurlu olmayıb.

“Qırmızılar”ın əfsanəsi olan İngiltərə millisinin sabiq üzvü “Liverpul” tarixinin ən yaxşı futbolçusu hesab edilir. Cerrard “Liverpul”un heyətində 710 matça çıxıb və 186 qola imza atıb.

Xatırladaq ki, apreldə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah “Mançester Yunayted”lə səfər qarşılaşmalarında 5 qol vurmuş “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləmişdi.

Fevralda nüfuzlu “FourFourTwo” jurnalı ingiltərəlini ən yaxşı britaniyalı futbolçular siyahısına əlavə etmişdi. Eyni dərgi İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 100 futbolçusunun reytinqində sözügedən idmançını yeddinci yerə layiq görmüşdü.

Futbol
“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

Futbol
Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər

Futbol
"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular