Azərbaycanlı mütəxəssis müqavilə şərtlərini yerinə yetirməyən Albaniya klubundan ayrılıb

Azərbaycanlı mütəxəssis müqavilə şərtlərini yerinə yetirməyən Albaniya klubundan ayrılıb

Azərbaycanlı mütəxəssis Rüfət Quliyev müqavilə şərtlərini yerinə yetirməyən Albaniyanın "Bilis" klubundan ayrılıb.

Bu barədə "Report"a məşqçi özü məlumat verib.

O, çalışdığı komandada işlərin yolunda getmədiyini və düşərgəyə qayıtmaq istəmədiyini bildirib:

"Albaniya klubunda işlərim o qədər də yolunda getmədi. Əslində yaxşı başlamışdıq. İki aya yaxın "Bilis"də çalışdım. Daha sonra anamın səhətinə görə Bakıya qayıtmalı oldum. Əsas komandaları Albaniya çempionatında sonuncu sırada qərarlaşıb. Paralel olaraq çalışdığım U-21 kollektivi isə mənim rəhbərliyim altında 4 oyunda maksimum nəticə göstərib. İşlərim tək bununla bitmirdi. Eyni zamanda "Bilis"in 19 yaşadək futbolçulardan ibarət komandasına da nəzarət edirdim. Klubla danışıqlara başlayanda rəhbərlik bildirdi ki, məvacibim kifayət qədər yüksək olacaq. Lakin bu, müqavilə şərtlərində əksini tapmadı. Onlara inanmışdım. Daha sonra başqa bir məbləğ təklif etdilər, ona da mən razı olmadım. Hazırda Bakıdayam, onlar məni geri çağırırlar. Lakin bu şərtlər altında Albaniyaya dönməyəcəm. Ortada gülünc vəziyyət var. Komandanın bir neçə işini görməyimə baxmayaraq, normal məvacib ödənilmir. Müqaviləmə qarşılıqlı şəkildə xitam veriləcək və ayrılacağam. Yeri gəlsə, onların mənə borcu var, mənim onlara deyil".

Mütəxəssis Azərbaycanda qalıb, işləmək istədiyini söyləyib:

"Düzdür, ölkədən kənarda işləmək təcrübədir. Lakin işimizə qiymət verilmirsə, orada qalmaq doğru çıxmaz. Təəssüf ki, Azərbaycanda bizim kimi məşqçilərə iş tapmaq müəyyən qədər çətin olur. İnanıram ki, öz Vətənimdə işləyəcəyəm",

Mütəxəssis klubda çıxış edən Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanovun da durumunun ürəkaçan olmadığını deyib:

"Amil barədə çox danışmağım düzgün olmaz. Özü açıqlasa, daha yaxşı olar. Amma o da mövcud vəziyyətdən razı deyil. Çünki qeyri-peşəkarlığı görür və narazıdır".

Qeyd edək ki, "Bilis" klubu Albaniya çempionatında 9 turdan sonra 5 xalla sonuncu sırada yer alıb.

Futbol
Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

Futbol
“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Futbol
Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

Futbol
Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Futbol
"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
Rumıniyalı məşqçi: “Azərbaycan klubu ilə oyunda aqressiya həddini aşmadı”

Rumıniyalı məşqçi: “Azərbaycan klubu ilə oyunda aqressiya həddini aşmadı”

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub