“Qarabağ”ın sabiq qapıçısı: "Ayaks"la oyunda Romaonun aldığı qırmızı vərəqə bütün şansları puç etdi"

“Qarabağ”ın sabiq qapıçısı:  "Ayaks"la oyunda Romaonun aldığı qırmızı vərəqə bütün şansları puç etdi"

"Ayaks"la oyunda Julio Romaonun aldığı qırmızı vərəqə bütün şansları puç etdi.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ”ın sabiq qapıçısı Cahangir Həsənzadə UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”la Bakıdakı oyunu dəyərləndirərkən deyib.

Hazırda AFFA-nın Texniki direktoru olan mütəxəssis Julio Romaonun qırmızı vərəqəsinin "qırılma nöqtəsi" olduğunu vurğulayıb:

“Ayaks” Avropa səhnəsində uğur qazanmış köklü klublardandır. Ümidlərim var idi ki, “Qarabağ” öz futbolunu oynayacaq və addan çəkinməyəcək. Bunu bilavasitə gördük. Komanda oz oyununu diktə etməyə və “Ayaks”a qonaq olduğunu göstərməyə çalışdı. Düşünürəm ki, qırmızı vərəqə "qırılma nöqtəsi" oldu. “Qarabağ”ın hazırkı durumu onu göstərir ki, belə oyunlarda bacardığından daha artığını etməlisən. Təəssüf ki, belə şans olmadı. Qırmızı vərəqə bütün şansları puç etdi”.

C.Həsənzadə qarşıdakı matçların önəmini vurğulayıb:

“Yeganə xoşuma gələn o oldu ki, qırmızı vərəqədən sonra komanda hücum futbolu göstərməyə çalışırdı, pressinqə çox önəm verirdi. Hətta zaman-zaman fərqlənmək üçün imkanlar yaradırdılar. Nəticə baxımından istədiklərini əldə edə bilməsələr də, mübarizə aparmağa çalışırdılar. Bu isə kifayət deyil və belə keyfiyyətli rəqiblərlə qarşılaşanda bir nəfər azlıqda qalmağın nə demək olmasının bariz nümunəsidir. Futbolçuların var gücləri ilə oynamaları göründü və inanmıram ki, Qurban Qurbanov komandaya irad bildirsin. Başa düşürəm, növbəti oyunda qırmızı vərəqə səbəbindən iki aparıcı futbolçu olmayacaq. Böyük marafonun yarısına çatmışıq, qarşıdakı görüşlər önəmlidir. Ümid edirəm ki, öz oyunlarını göstərib, istədikləri nəticəni qazanacaqlar”.

Qeyd edək ki, Niderland klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə “Qarabağ”ın futbolçularından Julio Romao 15-ci, Elvin Cəfərquliyev isə 79-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb

Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Futbol
“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

Futbol
Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Futbol
Niderland millisinin futbolçusu "Liverpul"a keçib

Niderland millisinin futbolçusu "Liverpul"a keçib

Futbol
"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Futbol
Mahir Emreli koronavirusa yoluxub

Mahir Emreli koronavirusa yoluxub

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Futbol
"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq