AFFA Hakimlər Komitəsinin sədri çempionatdakı mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri çempionatdakı mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turunun oyunlardakı mübahisəli epizodları şərh edib.

"QELEBE.AZ"un məlumatına görə, o, ilk olaraq "Turan Tovuz"un "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldiyi matça toxunub.

Blekere hər kontaktın qayda pozuntusu olmadığını bildirib:

"13-cü dəqiqədə cərimə meydançasının daxilində “Turan Tovuz”un oyunçusu Denis Marandiçi və “Kəpəz”in futbolçusu Nicat Süleymanov arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim “Turan Tovuz”un üzvünün sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etmədi. Hər kontakt qayda pozuntusu deyil. Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik. Bu vəziyyətdə VAR mudaxiləsi edilmir".

O, sözügedən qarşılaşmanın 15-ci dəqiqəsindəki epizod haqqında bunları söyləyib:

“Turan Tovuz” komandasının 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və bu hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusunun olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi. 56-cı dəqiqədə isə “Turan Tovuz”un kapitanı Kristian da Silva top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusuna yol verdi. Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki “Turan Tovuz”un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaqla düzgün etdi. Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır - qayda pozuntusu açıq-aşkar və düşüncəsiz tərzdə olmalıdır (“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə aldı)".

AFFA Hakimlər Komitəsinin sədri "Qarabağ"ın "Şamaxı"ya üç cavabsız qolla qalib gəldiyi matçın 48-ci dəqiqəsində yaşanan epizodla bağlı bunları vurğulayıb:

"Hakim “Qarabağ” komandasının lehinə penalti qərarı verdi. VAR görüntüləri izlədi və hakimin qərarını təsdiqlədi. Bu, səhv qərardır. Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi".

Futbol
Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

Futbol
Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Futbol
Dünya çempionatının finalında Argentina-Fransa qarşılaşacaq

Dünya çempionatının finalında Argentina-Fransa qarşılaşacaq

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Futbol
Polşa növbəti sensasiyaya imkan verməyib

Polşa növbəti sensasiyaya imkan verməyib

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb