“Mançester Siti” 2021-ci ilin avqustundan bəri ilk dəfə ardıcıl üç oyunda uduzub
İngiltərənin “Mançester Siti” komandası 2021-ci ilin avqustundan bəri ilk dəfə bütün yarışlarda ardıcıl 3 oyunda məğlub olub.
“Report”un məlumatına görə, Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda bu antirekorda ötən gün Çempionlar Liqası matçında imza atıb.
Turnirin Liqa mərhələsinin IV turunda Portuqaliya təmsilçisi “Sportinq”ə 1:4 hesablı məğlubiyyət “Mançester Siti” üçün cari mövsüm bütün turnirlərdə ardıcıl üçüncü yenilgi olub.
Qeyd edək ki, komanda buna qədər Premyer Liqada "Bornmut”a, İngiltərə Liqa Kubokunda isə "Tottenhem"ə 1:2 hesabı ilə uduzmuşdu.

https://mail.qalaba.az//uploads/photo/manchester-siti-2021-ci-ilin-avqustundan-beri-ilk-defe-ardicil-uch-oyunda-uduzub.webp











