"Sabah"ın baş məşqçisi: "Bazel"lə keçirilən oyunlardan çox dərs aldıq"

"Sabah"ın baş məşqçisi:  "Bazel"lə keçirilən oyunlardan çox dərs aldıq"

Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var.

"Report" xəbər verir ki, bunu "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət kollektivinin baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasında İsveçrə təmsilçisi "Bazel"ə qarşı keçirilən oyundan sonra deyib.

O, məğlub olmaqlarına baxmayaraq komandasının oyununda irəliləyişin olduğunu bildirib:

"Məğlub olsaq da, ilk oyundan sonra komandada olan irəliləyişdən razı qaldım. Cütün taleyi ilk matçda həll olunmuşdu, buna baxmayaraq, "Bazel" bu qarşılaşmada əsas heyət üzvlərinə şans vermişdi. Yüksək rəqabətli oyunun şahidi olduq. Görüşdə qapıya zərbələrin sayı bərabər idi, bəzi anlarda topu özümüzdə saxlamağı bacardıq. Məqsədimiz o idi ki, futbolçularımızın hər biri ilk oyundakından daha yaxşı çıxış etsin. Fikrimcə, onlar bunu bacardılar. Bəlkə də növbəti mövsümdə də UEFA Gənclər Liqasında oynaya biləcək futbolçulara şans verərək, onların müəyyən təcrübə toplamalarına şərait yaratdıq. Həmin futbolçulardan biri də bu qarşılaşmada qol vurmağı bacardı. Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var".

Qeyd edək ki, "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Bakıda "Bazel"ə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

Futbol
Markus Reşford 13 illik rekordu təkrarlayıb

Markus Reşford 13 illik rekordu təkrarlayıb

Futbol
Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Futbol
İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

Futbol
Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır

Futbol
DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

Futbol
Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Səhv edəndə cəzasını çəkirsən"

"Olimpiakos"un baş məşqçisi: "Səhv edəndə cəzasını çəkirsən"

Futbol
Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb