Azərbaycan İdman Akademiyası Beynəlxalq Proqram Akkreditasiyasından uğurla keçib

Azərbaycan İdman Akademiyası Beynəlxalq Proqram Akkreditasiyasından uğurla keçib

Azərbaycan İdman Akademiyası Beynəlxalq Proqram Akkreditasiyasından uğurla keçib.

"QELEBE.AZ" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan İdman Akademiyası magistratura səviyyəsi üzrə “İdman tibbi və reabilitasiya” və “İdman menecmenti” ixtisaslaşmaları, bakalavriat səviyyəsi üzrə isə “İdman menecmenti və kommunikasiya” ixtisası zəruri tələblərə cavab verdiyinə görə 5 il müddətinə beynəlxalq akkreditasiya sertifikatı əldə edib.

Akkreditasiya prosesi Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Assosiasiyasının (EQNA) üzvü olan və Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrində (EQAR) qeydiyyatdan keçmiş müstəqil agentlik tərəfindən aparılıb.

Müvafiq akkreditasiya prosesindən uğurla keçmək akademiya tərəfindən verilən səriştələrin beynəlxalq səviyyədə tanınması, yüksək keyfiyyətli təhsil xidmətlərinin təminatı və beynəlxalq tələblərə uyğunluğun təsdiqi hesab olunur.

Həmçinin bu proses akademiya tələbələri üçün xarici universitetlərdə müxtəlif akademik mobillik proqramlarında iştirak, magistratura və doktoranturaya qəbul, məzunların həm yerli, həm də beynəlxalq əmək bazarlarında rəqabət qabiliyyətinin artırılması, öz ixtisasları üzrə ölkədə və xaricdə işlə təmin olunması imkanları yaradır.

Futbol
“Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"

“Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"

Futbol
Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Futbol
"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

Futbol
Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Futbol
Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

Futbol
Messi azarkeşin kürəyinə imzasını çəkib

Messi azarkeşin kürəyinə imzasını çəkib

Futbol
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib