Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

"InStat şirkətindəki tərəfdaşlarımızdan da məlumat alaraq, rəqibi kifayət qədər yaxşı təhlil etmişik".

"Report"un məlumatına görə, bunu futbol üzrə Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Canni De Byazinin baş məşqçi olduğu kollektivin heyətindəki futbolçuların çoxu hazırda Avropa Liqasında uğurla çıxış edən “Qarabağ”ın üzvləridir: "Üstəlik, onların legionerlərini də tanıyırıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz bu məlumatı futbolçulara çatdırmaqdır".

Baş məşqçi Türkiyə "Boluspor"unun formasını geyinən Vyaçeslav Posmakın qarşıdakı oyunları buraxacağını söyləyib: "Bəxtimiz gətirdi ki, yalnız Posmak öz klubunun qərarı ilə yığmanın düşərgəsinə qoşulmayacaq. Digər futbolçular isə noyabrın 15-dək bizimlə olacaq".

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Futbol
Belçikadan minimal hesablı qələbə -

Belçikadan minimal hesablı qələbə -

Futbol
Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Futbol
Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Futbol
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Futbol
AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

Futbol
Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib