Vasili Berezutski: "Qarşıdakı turlarda daha məzmunlu oyun göstərəcəyik"

Vasili Berezutski: "Qarşıdakı turlarda daha məzmunlu oyun göstərəcəyik"

Qarşıdakı turlarda daha məzmunlu oyun göstərəcəyik.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Səbail"ə qarşı Misli Premyer Liqasının XV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, komandanın baş məşqçisi kimi ilk matçında qələbə qazandığı üçün sevincli olduğunu söyləyib:

"Bu gün matçımız çətin keçdi. Birinci yarıda daha yaxşı oyun sərgilədik. İkinci qolu vurmağa çalışsaq da, alınmadı. Qarşıdakı turlarda daha məzmunlu oyun göstərəcəyik. Komandada rotasiyalar olacaq".

Rusiyalı mütəxəssis yeni təyinatı ilə bağlı danışarkən komandanın qarşısına qoyulan əsas hədəfin avrokuboklara vəsiqə qazanmaq olduğunu bildirib:

"Sabah" rəhbərliyindən təklif ani oldu. Düşünmək üçün uzun-uzadı vaxta ehtiyac olmadı. Belə bir təklifə "yox" demək istəmədim. Bu komandanın baş məşqçisi olmaq mənə çox xoşdur. Düşünürəm ki, Azərbaycan futbolu inkişaf yolundadır. Hər birimiz bu istiqamətdə irəli addımlamalıyıq".

Qeyd edək ki, XV turun görüşündə "Sabah" "Bank Respublika Arena"da "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Futbol
Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Futbol
Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Futbol
AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

Futbol
Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Futbol
“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

Futbol
DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

Futbol
“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

Futbol
“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

Futbol
Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Futbol
"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb