Azərbaycanın boks millisinin baş məşqçisi Ravşan Xocayev komandaya təqdim edilib

Azərbaycanın boks millisinin baş məşqçisi Ravşan Xocayev komandaya təqdim edilib

Azərbaycanın boks millisinin baş məşqçisi Ravşan Xocayev komandaya təqdim edilib.

"Report" xəbər verir ki, təqdimat Azərbaycan Boks Federasiyasının (ABF) növbəti iclası zamanı baş tutub.

İclasda 2024-cü ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub. ABF-in vitse-prezidenti Vüsal Nəsirli 2024-cü ili Azərbaycan boksu üçün uğurlu adlandırıb.

O, Olimpiya ilində beynəlxalq yarışlarda 160 medalın əldə olunmasını, Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medalın qazanılmasını yüksək qiymətləndirib.

V.Nəsirli yeni ildən və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadan gözləntilərin daha böyük olduğunu vurğulayıb. O bildirib ki, hədəf dəyişməzdir və ilk qızıl medalı növbəti Olimpiadada qazanmaq üçün bütün lazımı addımlar atılacaq.

Federasiya rəsmisi tezliklə maddi-texniki bazanın daha da gücləndiriləcəyini, regionlarda yeni mərkəzlərin, rayon və şəhərlərdə yeni boks zallarının açılacağını, müəyyən təkmilləşdirmə işlərinin aparılacağını qeyd edib.

Ardınca yığmanın baş məşqçisi R Xocayevin qarşısına qoyulan hədəflər açıqlanıb. Özbəkistanlı baş məşqçi də öz növbəsində Azərbaycan boksunun inkişafı üçün var gücü ilə çalışacağını, bilik və təcrübəsini bu işə sərf edəcəyini bildirib.

Daha sonra milli komandaların həkimi Zaur Abdullayev boksçuların sağlamlıq durumu haqqında və görülmüş işlər barədə hesabat verib.

İclasda məşqçi, hakim və boksçuların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Fərdi
Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Avropa çempionatına yollanacaq Azərbaycan samboçuları bəlli olub

Avropa çempionatına yollanacaq Azərbaycan samboçuları bəlli olub

Fərdi
Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Fərdi
Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Fərdi
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub