Azərbaycanın basketbol milliləri Belarusa yollanıblar
Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət U-16 basketbol milliləri Belarusa yollanıblar.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yığmalarımız sözügedən ölkədə Vladimir Rejenkov adına 27-ci beynəlxalq turnirdə iştirak edəcəklər.
Qeyd edək ki, yarış dekabrın 6-dan 8-dək keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-basketbol-millileri-belarusa-yollaniblar.webp












