Vaqif Sadıqov: "Neftçi"də birdən-birə böyük dəyişiklik gözləmək düzgün deyil"

Vaqif Sadıqov: "Neftçi"də birdən-birə böyük dəyişiklik gözləmək düzgün deyil"

Baş məşqçi dəyişikliyindən sonra "Neftçi"də birdən-birə böyük dəyişiklik gözləmək düzgün olmazdı.

Bunu "QELEBE.AZ"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, veteran futbolçu Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis "ağ-qaralar"ın cari mövsüm uğursuz çıxışı barədə danışıb:

"Neftçi"nin problemi öncədən bəlli idi. Bunu həll etmək üçün baş məşqçi dəyişikliyinə getdilər, Roman Qriqorçukdan sonra Samir Abasovu gətirdilər. Birdən-birə böyük dəyişikliklər gözləmək düzgün olmazdı. Ən vacibi odur ki, hər birimiz "Neftçi"nin əzəmətinin qayıtmasını arzulayırıq. Komanda layiq olduğu yerdə qərarlaşmalı, azarkeşlərini çempionatda və Avropada sevindirməlidir".

V.Sadıqov sistemli işlərin görülməli olduğunu söyləyib:

"Kənardan baxıb nəsə tövsiyə etmək düzgün olmaz. Klubun daxilində olan insanlar var. Məncə, peşəkar və işi bilən insanlardır. Onlar bu səhvləri, problemləri görürlər. Bunun həlli üçün addımlar atacaqlar. Düşünürəm ki, transfer dönəmi başlayanda dəyişikliklərin şahidi olacağıq. İnanıram ki, tam fərqli, əzəmətli, güclü və layiq olduğu yeri tutan "Neftçi" görəcəyik. Uğursuzluq olanda günahı baş məşqçidə axtarmaq istəyirik. Son illərə baxsaq, görərik ki, belə dəyişikliklə müsbət nəticə əldə edə bilmirik. Hesab edirəm ki, məşqçini dəvət edib inanıblarsa, ona vaxt verilməli və arxasında durmalıdırlar".

O, Misli Premyer Liqasının XVI turunda reallaşan "Sumqayıt" - "Neftçi" matçı (2:0) haqqında da danışıb:

"Dinamik futbola şahidlik etdik. Meydan sahiblərinə, sırf baş məşqçi Vaqif Cavadova görə sevinmək lazımdır. O, yeni nəsli təmsil edən gənc mütəxəssisdir. Özünü doğrultmaqla yolunu davam etdirir. "Sumqayıt"ı özünəməxsus nizam-intizam olan kollektiv kimi görürük".

Qeyd edək ki, "Neftçi" 16 turdan sonra 13 xalla 8-ci pillədə qərarlaşıb.

Futbol
Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Futbol
Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Futbol
“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

Futbol
İspaniya məhkəməsi Neymara bəraət verib

İspaniya məhkəməsi Neymara bəraət verib

Futbol
AFFA “Sabah”ı cəzalandırıb

AFFA “Sabah”ı cəzalandırıb

Futbol
"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

Futbol
Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Futbol
İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib