"Gəncə" basketbol klubunun üzvləri Türkiyənin baş konsulu ilə görüşüblər

"Gəncə" basketbol klubunun üzvləri Türkiyənin baş konsulu ilə görüşüblər

"Gəncə" basketbol klubunun üzvləri Türkiyənin Gəncədəki Baş Konsulluğunda olublar.

Bölgə təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Halil Atlı, köməkçisi Rizvan Səfərov, basketbolçular Elşad Şirzadov və Kaan Yıldırımkanlı baş konsul Recep Öztopla görüşüblər.

Səmimi ab-havada keçən görüşdə diplomata klubumuzun cari mövsümdəki hədəfləri və nəticələri barədə məlumat verilib. Heyətin yenidən formalaşdırıldığı, iddialı kollektivin yaradıldığı qeyd olunub. Qarşıya qoyulan ilk məqsədin pley-offa düşmək olduğu deyilib.

Recep Öztop Gəncədə idmanın müxtəlif növlərinin sevildiyini, klubun fəaliyyətini izlədiyini diqqətə çatdırıb. Vaxtilə aktiv şəkildə futbolla məşğul olduğunu vurğulayan baş konsul komandaya çempionatda uğurlar arzulayıb. Diplomat uyğun olduğu vaxtlarda tribunadan "sarı-göylər"ə dəstək vermək üçün oyunlara gələcəyini bildirib.

Görüşün sonunda Recep Öztopa üzərində komanda üzvlərinin imzası olan Kaan Yıldırımkanlının forması hədiyyə edilib.

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb