Azərbaycan Cüdo Federasiyasının rəsmisi yeni qaydaları dəyərləndirib

Azərbaycan Cüdo Federasiyasının rəsmisi yeni qaydaları dəyərləndirib

Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov bu idman növündəki yeni qaydaları dəyərləndirib.

Qurum rəsmisi “Report”a açıqlamasında Beynəlxalq Cüdo Federasiyasının (IJF) Türkiyədə təşkil etdiyi seminarda qəbul olunan yeni qaydalar haqqında məlumat verib.

N.Bağırov bəzi fəndlərlə bağlı qaydaların əvvəlki kimi saxlanıldığını söyləyib:

“Beynəlxalq Cüdo Federasiyasının Türkiyədə keçirilən seminarında ictimaiyyəti yeni qaydalarla tanış etdilər. Əvvəlki kimi “ippon”a yenə təmiz qələbə veriləcək. Bu zaman rəqib ya kürəyiüstə tam düşməlidir, ya da körpü vəziyyətində olmalıdır. Bundan əlavə, idmaçının kürəyi ilə tatami arasında 90 dərəcəlik yer qalarsa, “vazari” qələbəsi qeydə alınacaq. Yeni qaydalar bundan ibarətdir ki, “yuka” fəndi (5 xal) qaytarılıb. Rəqib düz böyrüüstə düşürsə, buna “yuka” verilir. Bunun üçün də idmançı ilə tatami arasında 90 dərəcə yer olmalıdır. Yəni idmançı ombasıüstə yıxılırsa və dirsəyini və ya əlini açıq vəziyyətdə yerə qoyursa, bu, 90 dərəcə hesablanır və “yuka” verilir”.

O, “şido” xəbərdarlığı il bağlı dəyişiklik olduğunu deyib:

“Köhnə qaydalara əsasən rəqibi kəmərdən aşağı tutanda “şido” qeydə alınırdı. İndi isə kəmərdən aşağı, ombaya qədər tutmaq olar. Yəni “kumikata” tutuşu tətbiq etmək olar. Buna görə xəbərdarlıq edilmir. Lakin rəqibi ombadan aşağı tutanda, yəni “te-vaza” vəziyyətində xəbərarlıq edilir. Bu da o deməkdir ki, ayaqdan tutmaq olmaz. Yalnız parter vəziyyətində ayaqdan tutmağa icazə verilir”.

ACF rəsmisi fənddən çıxış vəziyyəti ilə əlaqədar dəyişikliklər edildiyini vurğulayıb:

“Yeni dəyişikliklərdən biri də fənddən çıxış vəziyyəti ilə bağlıdır. Bu əvvəl qarışıq idi. İtələmək və ya könüllü çıxış olduğunu ayrıd etmək çətin idi. İndi bunun fərqi olmayacaq. Kimsə fənd tətbiq edərkən rəqibi tatamidən çıxsa, buna, həmçinin itələməyə görə xəbərdarlıq verilməyəcək. İdmançı tatamidən yalnız könüllü çıxsa, iki ayağını da kənara qoysa, buna görə xəbərdarlıq veriləcək. İdmançı tatamidən tam çıxmamış rəqib fənd tətbiq edəcəyi halda isə xal qeydə alınacaq”.

Mütəxəssis diskvalifikasiya və qeyri-ənənəvi tutuşlarla bağlı şərtlərdə də dəyişiklik olduğunu bildirib:

“İdmançı iki əli ilə rəqibini qucaqlayıb atarsa, buna xəbərdarlıq veriləcək. Lakin rəqibi əlləri birləşdirməmək şərti ilə tutmalısan. Bundan başqa, əvvəl fənd tətbiq edən idmançının başı tatamiyə dəyirdisə, “dayvinq” etdiyinə görə onu diskvalifikasiya edirdilər. İndi azyaşlılar və gənclər arasındakı yarışlarda buna icazə veriləcək. Sadəcə, yeniyetmələrin turnirlərində bu halda xəbərdarlıq ediləcək. Yalnız rəqibə fənd tətbiq edən idmançı boynuüstə düşərsə, buna diskvalifikasiya verilir. Dəyişikliklərdən biri də klassik tutmalarla əlaqədardır. İdmançılara fənd tətbiq etmək üçün 30 saniyə vaxt verilir. Əks halda “mate” qeydə alınır və idmançılara güləşməmələrinə görə “şido” xəbərdarlığı edilir. Qeyri-ənənəvi tutuşlardan istifadə etmək, hətta kimanonun qolunun içindən də tutmağa icazə var. Bu məqamda isə cəmi bir neçə saniyə vaxt verilir. İdmançı bu müddət ərzində fənd tətbiq etməlidir. Əks halda ona xəbərdarlıq olunur. Əvvəlki qaydalardan fərqli bu halda idmançı fənd göstərməyə cəhd edirsə, mübarizə dayandırılmayacaq. “Fals-hücum” haqqında dəfələrlə vurğuladılar. Buna görə əvvəlki kimi yenə xəbərdarlıq ediləcək”.

N.Bağırov “nevaza” vəziyyəti ilə bağlı dəyişikliklər olduğunu da qeyd edib:

“Nevaza” vəziyyətində həm şalvarın, həm də kimononun qoltuğunun iç tərəfindən fəndə icazə veriləcək. Buna görə heç bir xəbərdarlıq olunmayacaq. Parter vəziyyətində əvvəl 10 saniyədən sonra “vazari” xalı verirdilər. İndi 5 saniyədən sonra idmançıya “yuka” xalı veriləcək. Yeni qaydalara görə idmançı “nevaza” vəziyyətində boğucu və ya ağrıdıcı fənd işlədərsə, bu hücum sayılacaq. Onu da qeyd edim ki, yeni qaydalarla bağlı son qərarlar dünya çempionatından sonra veriləcək. Bu aylar ərzində hansısa dəyişikliklər ola bilər”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Yeni qaydaların 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və 2025-ci ilin iyununda keçiriləcək böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Azərbaycanın 2 güləşçisi dünya çempionu ola bilər, 4-ü mübarizəyə başlayır

Azərbaycanın 2 güləşçisi dünya çempionu ola bilər, 4-ü mübarizəyə başlayır

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
ABŞ rusiyalı idmançıların Paris-2024-də iştirak etməsini istəyir

ABŞ rusiyalı idmançıların Paris-2024-də iştirak etməsini istəyir

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Fərdi
Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

Fərdi
Gövhər Beydullayeva sloveniyalı şahmatçı ilə görüşdə qələbəni əldən verməsindən danışıb

Gövhər Beydullayeva sloveniyalı şahmatçı ilə görüşdə qələbəni əldən verməsindən danışıb

Fərdi
Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb