"Neftçi" basketbol klubunun baş məşqçisi: "İlk 6 oyunda uduzmağımızın səbəbləri çoxdur"

"Neftçi" basketbol klubunun baş məşqçisi: "İlk 6 oyunda uduzmağımızın səbəbləri çoxdur"

İlk 6 oyunda uduzmağımızın səbəbləri çoxdur.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Neftçi" basketbol klubunun baş məşqçisi Omid Movahed Nejat deyib.

İranlı mütəxəssis "ağ-qaralar"ın cari mövsüm ilk 6 görüşdə məğlub olmasının səbəblərindən danışıb:

"Bildiyiniz kimi, mövsümün startında komandanı mən çalışdırmırdım. Bununla belə, ilk 6 oyunda uduzmağımızın səbəbləri çoxdur. Kollektivə yeni cəlb olunan basketbolçuların düşərgəyə gec qoşulmaqlarını və uyğunlaşma prossesinin uzanmasını buna nümunə göstərə bilərəm. Daha dəqiq desəm, yeni transferlərin gəlişindən sonra son 3 oyunda məğlub olmuşuq. Dediyim kimi, bu da uyğunlaşma ilə bağlıdır. 15 gün ərzində komandaya, heyətə uyğunlaşmaq çox çətindir".

O, paytaxt klubunun qarşısına qoyulan məqsəddən danışıb:

"Qarşımızda pley-offa vəsiqə qazanmaq və daha sonra finala yüsəlmək hədəfi var. Mövsümü qalib kimi başa vurmaq istəyirik. Lakin hər şeyi zaman göstərəcək. İndiki vəziyyətdə yeni transferlər düşünmürük. Əlimizdə olan oyunçularla davam edəcəyik".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Baketbol Liqasının A qrupunda 6 xalla altıncı - sonuncu sırada qərarlaşıb. Komanda bu gün VII turda "Sabah"la üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Fərdi
Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatına qələbə ilə başlayıb

Azərbaycan yığmasının boksçuları ölkə çempionatına qələbə ilə başlayıb