Azərbaycan Basketbol Liqasında "Sumqayıt" "Lənkəran"ı məğlub edib
Azərbaycan Basketbol Liqasının VII turunda "Sumqayıt" doğma meydanda "Lənkəran"ı məğlub edib.
"QELEBE.AZ"un məlumatına görə, B qrupunda gerəkləşən oyunda ev sahibləri 108:99 hesabı ilə qalib gəliblər.
Bu nəticədən sonra hər iki komandanın xallarının sayı 9-a çatıb.
Qeyd edək ki, hazırda A qrupunda yer alan NTD və "Naxçıvan" kollektivləri qarşılaşır. Günün son matçında isə "Sabah" "Neftçi" ilə üz-üzə gələcək. Turun digər oyunları dekabrın 18-də keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasinda-sumqayit-lenkerani-meglub-edib.webp











