MOK rəsmisi: "İSSA-nın Baş Assambleyasında Bakıda keçirilmiş yarışı nümunə kimi göstərdilər"

MOK rəsmisi: "İSSA-nın Baş Assambleyasında Bakıda keçirilmiş yarışı nümunə kimi göstərdilər"

İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) Baş Assambleyasında Bakıda keçirilmiş yarışı nümunə kimi göstərdilər.

Bunu "QELEBE.AZ"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) xarici əlaqələr departamentinin direktoru Anar Bağırov deyib.

MOK rəsmisi İSSA-nın Albaniyanın paytaxtı Tiranada keçirilmiş Baş Assambleyası haqqında danışıb. O, qurumun hər tədbirində Azərbaycanda təşkil edilmiş İslam Həmrəyliyi Oyunlarından bəhs olunduğunu vurğulayıb:

"Hər zaman qeyd edirlər ki, təşkilatçılıq baxımından ən yaxşı yarış Bakıda baş tutub. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarını nümunə kimi göstərirlər".

Direktor İSSA-nın yeni strategiyasının yazıldığını söyləyib:

"Baş Assambleyada iki gün ərzində onu bizə təqdim etdilər. Burada qurumun ölkələr və Milli Olimpiya Komitələri ilə necə işləyəcəyi qeyd olunub, İslam Həmrəyliyi Oyunlarının təşkili ilə bağlı məsələlərə toxunulub. Bu strategiya ilə bağlı ən çox müzakirələr bu yöndə idi. 2025-ci ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunları ilə bağlı məlumat verildi. Yekun qərara əsasən, yarış noyabrın 7-dən 21-dək keçiriləcək. Turnir 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya və 1 milli idman növü üzrə baş tutacaq".

O, yarışın hava şəraiti ilə əlaqədar noyabrda gerçəkləşəcəyini diqqətə çatdırıb:

"Səudiyyə Ərəbistanında həmin vaxt çox isti olur. Hətta oktyabr da planda var idi. Amma həmin ayda da çox isti olur. Noyabrdan başqa tarixdə alınmayacaq. Futbol üzrə 2034-cü ilin dünya çempionatı da bu ölkədə keçiriləcək. Həmin yarış da qışda baş tutacaq".

MOK rəsmisi Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında geniş heyətlə təmsil olunacağını və yaxşı nəticələr qazanmaq üçün bu turnirə də ciddi hazırlaşacaqlarını diqqətə çatdırıb.

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Fərdi
Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

Fərdi
Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi 5-ci yeri tutub

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi 5-ci yeri tutub

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib